Sosial media — virtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv texnologiyalar.[1][2] İndiki dövrdə mövcud olan müstəqil və daxili sosial media xidmətlərinin müxtəlifliyi səbəbindən sosial medianın tərifində çətinliklər yaranmasına baxmayaraq,[3][4] onun bəzi ümumi xüsusiyyətləri var:[2]
Media sahəsində "sosial" termini platformaların istifadəçi mərkəzli olduğunu və kommunal fəaliyyətə imkan verdiyini göstərir. Beləliklə, sosial medianı insan şəbəkələrinin – sosial əlaqəni gücləndirən fərdlərin şəbəkələrinin onlayn vasitəçiləri və ya gücləndiriciləri kimi nəzərdən keçirmək mümkündür.[7]
İstifadəçilər adətən sosial media xidmətlərinə masaüstü kompüterlərində olan veb-əsaslı applikasiyalar vasitəsilə daxil olurlar və ya mobil cihazlarına (məsələn, smartfonlar və planşetlər) sosial media funksionallığı təklif edən xidmətləri endirirlər. İstifadəçilər bu elektron xidmətlər ilə məşğul olaraq yüksək interaktivliyə malik platformalar yaradırlar. Burada fərdlər, icmalar və təşkilatlar postlar paylaşa, birgə məzmun yarada, müzakirələr edə, iştirakçılıq edə və istifadəçi tərəfindən yaradılan və ya onlayn yerləşdirilən məzmunu dəyişdirə bilər.[1][6][8] Bundan əlavə, sosial media bloqlar, podkastlar, videolar və oyun saytlarının yaradılması ilə bağlı fikirlərin inkişaf etdirilməsi ilə yanaşı, xatirələri sənədləşdirmək, hansısa mövzu haqqında öyrənmək və onları araşdırmaq, özünü reklam etmək və dostluq əlaqələri yaratmaq üçün istifadə olunur.[9]
100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan ən populyar sosial media saytlarından bəzilərinə "Twitter", "Facebook" (və onunla əlaqəli "Messenger"), "WeChat", "ShareChat", "Instagram", "QZone", "Weibo", "VK", "Tumblr", "Baidu Tieba" və "LinkedIn" daxildir. İnterpretasiyasından asılı olaraq bəzən sosial media xidmətləri adlandırılan digər məşhur platformalara "YouTube", "QQ", "Quora", "Telegram", "WhatsApp", "Signal", "LINE", "Snapchat", "Pinterest", "Viber", "Reddit", "Discord", "TikTok", "Microsoft Teams" və s. daxildir. Vikilər birgə məzmun yaradılması nümunələridir.
Sosial media vasitələri ənənəvi mediadan (məsələn, çap jurnalları və qəzetlər, TV və radio yayımı) keyfiyyət,[10] əhatə dairəsi, tezlik, yuzabiliti, aktuallıq və dərinlik[11] kimi bir çox cəhətdən fərqlənir. Bundan əlavə, sosial media vasitələri dialoqoji ötürmə sistemində (yəni, çoxsaylı mənbələrdən çoxsaylı qəbuledicilərə), ənənəvi media vasitələri isə monoloqoji ötürmə modeli (yəni, bir mənbədən çoxlu qəbuledicilər üçün) əsasında fəaliyyət göstərir. Məsələn, bir qəzet çoxlu abunəçiyə çatdırılır və bir radio stansiyası eyni proqramları bütün bir şəhərə yayımlayır.[12]
İnternetin dramatik şəkildə genişlənməsindən sonra rəqəmsal media və ya rəqəmsal ritorika bir mədəniyyəti təmsil etmək və ya müəyyən etmək üçün istifadə edilməyə başlanmışdır. Rəqəmsal mühitdə mövcud olan ritorikanın öyrənilməsi bir çox alimlər üçün yeni mühüm prosesə çevrilmişdir.
Müşahidəçilər sosial medianın istifadəsi mövzusuna nəzər yetirən zaman burada çoxlu müsbət və mənfi təsirləri qeyd etmişdilər. Sosial media fərdin real və ya onlayn icmalar ilə əlaqə hissini təkmilləşdirməkdə rol oynayır, həm də korporasiyalar, sahibkarlar, qeyri-kommersiya təşkilatları, vəkillik qrupları, siyasi partiyalar və hökumətlər üçün effektiv ünsiyyət (və ya marketinq) vasitəsi kimi çıxır edir. Müşahidəçilər həmçinin, siyasi iğtişaşlar zamanı sosial mediadan ünsiyyət və təşkilatlanma vasitəsi kimi istifadə edən ictimai hərəkatların artdığını görmüşdülər.
Sosial mediadan həmçinin, doğru və ya yalan xəbərləri oxumaq və ya paylaşmaq üçün istifadə etmək olar.
Social Media is a very active and fast-moving domain. What may be up-to-date today could have disappeared from the virtual landscape tomorrow. It is therefore crucial for firms to have a set of guidelines that can be applied to any form of Social Media [...].